"Yuventus" "Liverpul"un qapıçısı Alissonu transfer etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira "X" sosial media hesabında paylaşım edib.
Turin klubu yay "transfer pəncərəsi"ndə 33 yaşlı qapıçını "rənglərinə bağlamaq" istəyir.
Mənbənin sözlərinə görə, Alisson isə öz növbəsində İtaliyaya qayıtmağa qarşı deyil. Braziliyalı qolkiper karyerası ərzində artıq bir dəfə A seriyasında çıxış edib. O, 2016-2018-ci illərdə "Roma"nın formasını geyinib. Ordan isə "Liverpul"a keçib.
Qeyd edək ki, Alisson bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib və 34 qol buraxıb. 13 qarşılaşmada isə qapısının toxunulmaz saxlayıb.