Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannın müqaviləsi uzadılıb. Sport24.az xəbər verir ki, mütəxəssis AVRO-2024-dən sonra da postunda qalacaq.

 

Bu barədə qərarı Almaniya Futbol İttifaqının Müşahidə Şurası verib. 36 yaşlı çalışdırıcının anlaşması DÇ-2026-nın sonuna kimi nəzərdə tutulub.

 

Qeyd edək ki, AVRO-2024 Almaniyada, DÇ-2026 isə ABŞ, Kanada və Meksikada keçiriləcək.