Fransa "Marsel"i "Real"ın keçmiş baş məşqçisi Xabi Alonsoya təklif göndərib. Sport24.az xəbər verir ki, bu barədə "RMC Sport" məlumat yayıb.

 

"Marsel" 44 yaşlı mütəxəssisi bir həftə əvvəl baş məşqçisi vəzifəsindən kənarlaşdırılan Roberto De Zerbinin əvəzedicisi kimi nəzərdən keçirib. Lakin Xabi Alonso Liqa 1 klubunun təklifini rədd edib. Bildirilib ki, bu qərara səbəb klub daxilindəki qeyri-sabit vəziyyət olub. 

 

Daha əvvəl Alonsonun "Mançester Siti"yə rəhbərlik edə və Xosep Qvardiolanın əvəzedicisi ola biləcəyi barədə də məlumatlar yayılmışdı.

 

Xatırladaq ki, ispaniyalı mütəxəssis ötən ilin iyun ayından çalışdırdığı "Real"dan bu ilin yanvar ayının 12-sində istefaya göndərilib.