"Nottingem Forest"in müdafiəçisi Murilyo Premyer Liqada klubunu dəyişə bilər. Sport24.az xəbər verir ki, "Çelsi" braziliyalı futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "TEAMtalk" məlumat yayıb.

 

London klubu Murilyonu yayda heyətinə qatmaq üçün səy göstərəcək. Klubu 23 yaşlı mərkəz müdafiəçisinə 70 milyon avro qiymət qoyub.

 

Qeyd edək ki, "Nottingem Forest" Murilyonu 2023-cü ilin yayında "Korintians"dan 12 milyon avroya transfer edib. Braziliya millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığl 25 rəsmi matçda 1 qol vurub.