Hücumçu Arno Danjuma "Valensiya" ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb.
28 yaşlı niderlandlı ilə müqavilə 2028-ci ilin yayına kimi nəzərdə tutulub. Futbolçu komandaya azad agent kimi qoşulub.
Qeyd edək ki, 2024/25 mövsümündə "Vilyarreal"dan "Jirona"ya icarəyə verilən Danjuma 37 oyunda 5 və 2 məhsuldar ötürmə ilə yadda qalıb.