Vahid Ələkbərovun oğlu Yusif Ələkbərov "Spartak"ın İdarə Heyətindən ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə "RBK-Sport" portalı məlumat yayıb. 

 

Rusiya mediası "Lukoyl"ın təsisçisinin oğlunun bu addımını ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalarlarla əlaqələndirir. Oğul Ələkbərov ona görə "xalq komandası"nın əziyyət çəkməsini istəmədiyindən tutduğu postdan istefa verməyi lazım bilib.

 

Qeyd edək ki, Yusif Ələkbərov 2021-ci ildən "Spartak"ın İdarə Heyətinin üzvüdü və "Lukoyl"ın səhmlərinin 0,2 faizi ona məxsusdu.