AVRO-2020-nin B qrupunun Danimarka - Finlandiya matçı ilə bağlı qərar açıqlanıb. Sport24.az xəbər verir ki, UEFA-nın rəsmi saytına qarşılaşma bu gün Bakı vaxtı ilə saat 22:30-da qaldığı yerdən - 42-ci dəqiqədən davam etdiriləcəyini açıqlayıb.

Xatırladaq ki, matçın təxirə salınmasına səbəb meydan sahiblərinin futbolçusu Kristian Eriksenin meydanda huşunu itirərək yerə yıxılması və təcili yardım maşını ilə xəstəxanaya aparılması olub.