Avropanın bir neçə klubunun transfer siyahısında yer alan Aleksandr İsak qərarını verib. Sport24.az xəbər verir ki, isveçli hücumçu "Nyukasl"dan ayrılmaq istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
25 yaşlı forvard ayrılıq istəyi barədə klub rəhbərliyini məlumatlandırıb. Futbolçu yeni mövsümə başqa klubda başlamağa can atır.
Qeyd edək ki, "Nyukasl" Aleksandr İsakı 2022-ci ilin yayında "Real Sosyedad"dan transfer edib. İsveç millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 109 rəsmi matçda 62 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.