Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi "Trabzonspor" - "Fənərbaxça" matçından sonra baş verən qalmaqalla bağlı qərarları açıqlayıb. Sport24.az xəbər verir ki, "Fənərbaxça"nın futbolçuları Ceyden Ostervolde və İrfan Can Eğribayat, eləcə də "Trabzonspor"un məşqçisi Egemen Korkmaz bir oyunluq cəza alıblar. Bundan başqa, "Trabzonspor" 6 ev oyununu azarkeşsiz oynayacaq.
Daha əvvəl intizam işi açılmış "Fənərbaxça"nın futbolçusu Osayi Samuelə isə cəza verilməyib.
Qeyd edək ki, "Fənərbaxça" futbolçuları qazandıqları qələbəni (3:2) qeyd edərkən "Trabzonspor"un azarkeşləri meydana daxil olublar. Onlar İstanbul təmsilçisinin futbolçularına hücum ediblər. Bu vaxt tərəflər arasında dava olub. Davaya təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Daha sonra isə "Fənərbaxça" futbolçuları paltardəyişmə otağına yollanıblar.