"Tottenhem"in baş məşqçisi Anqe Postekoqlu Avropa Liqasının finalında "Mançester Yunayted"ə (1:0) qalib gəldikdən sonra UEFA-nın saytına açıqlama verib. Sport24.az xəbər verir ki, Avropa Liqasının qalibi olan komandanın çalışdırıcısı uğuru necə qeyd edəcəyindən danışıb:
"Atam hələ də yanımdadır. Onun səsi həmişə beynimdə səslənir. Yaşlandıqca güzgüdə onun üzünü daha çox görürəm, hətta bu məni qorxudur. Əziz anam, bacım və bacım oğlanları ilə Yunanıstandadır. Əminəm ki, onlar indi göyün yeddinci qatındadırlar. Bu, Yunanıstan və Avstraliya üçün əlamətdar hadisədir. Hər iki ölkədə dostlarım, qohumlarım var və onlar məni hər zaman dəstəkləyiblər.
Dəqiq bildiyim odur ki, mən otel otağıma qayıdacağam. Cümə günü isə ailəmi və dostlarımı böyük ziyafətə toplayacam".
Qeyd edək ki, London klubu qitəmiqyaslı turnirlərdə 2008-ci ildən bəri ilk kubokunu qazanıb və gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək.