UEFA Çempionlar Liqasının V turunda keçiriləcək "Napoli" – "Qarabağ" oyununa təyinatlar açıqlanıb. Sport24.az xəbər verir ki, Neapolda baş tutacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Şimon Marçinyak olacaq. Ona yan xətt hakimləri Tomaş Listkiviç və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasının Pol van Bokel (Niderland) yerinə yetirəcək.
VAR-da İvan Bebek (Xorvatiya) olacaq.