Türkiyə Super Liqasında 1 aydı başlayan yeni mövsümdə 5-ci baş məşqçi istefası baş verib.  Sport24.az xəbər verir ki, bu dəfə "Samsunspor" Hüseyin Eroğlunu istefaya göndərib.

Bnunla bağlı klubun rəsmi saytı məlumat yayıb. Onunla müqaviləyə qarşılıqlı razılşma əsasında xitam verildiyi açıqlanıb 

Maraqlıdı ki, "Samsunspor" ötən mövsüm Eroğlunun baş məşqçiliyi ilə I Liqanın qalibi olub və 11 illik fasilədən sonra Superliqaya vəsiqə qazanıb. Komanda hazırda Superliqada 5 turdan sonra cəmi 1 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Xatırladaq ki, bu mövsüm "Başakşehir" Emre Belözoğlunu, "Kayserispor" Çağdaş Atanı, "Qaziantep" Erdal Güneşi, "İstanbulspor" Fatih Tekkeni istefaya göndərib.