Türkiyə 1-ci Liqasında 27-ci turun oyunları keçirilir.

Sport24.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin formasını geyindiyi "Kocaelispor" səfərdə "Gənclərbirliyi" ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyunda xalsız qalıb – 0:2. Şeydayev 74-cü dəqiqədə meydana buraxılıb.

"Kocaelispor" 45 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.