"Selta"sı baş məşqçi ilə bağlı qərarını verib. Sport24.az xəbər verir ki, La Liqa klubu Klaudio Giraldeslə müqaviləni uzadıb.

 

36 yaşlı mütəxəssis 2025-ci ilin yayına qədər Viqo təmsilçisini çalışdıracaq. Ötən ay Rafael Benitesin əvəzinə mövsümün sonunadək baş məşqçi təyin edilən çalışdırıcı daha bir il bu postda qalacaq.

 

Qeyd edək ki, "Selta" La Liqanın turnir cədvəlində 17-ci pillədə qərarlaşıb.