“Flamenqo” baş məşqçi Xorxe Sampaolini istefaya göndərib. Sport24.az xəbər verir ki, Braziliya klubunun rəsmi saytının məlumatında qərarın komandanın uğursuz çıxışına görə verildiyi bildirilib.

Qeyd edək ki, Sampaoli “Flamenqo”ya bu ilin aprel ayında baş məşqçi təyin edilmişdi. Komanda argentinalı mütəxəssisin rəhbərliyi altında bütün turnirlərdə 39 oyun keçirib, 20 qələbə qazanıb,
11 dəfə heç-heçə edib və 8 dəfə məğlub olub.