"Liverpul"un futbolçusu Məhəmməd Salah açıqlama verib. Sport24.az xəbər verir ki, misirli hücumçu "Qızıl top"u qazanmaq şansından danışıb:
"Başa düşürəm ki, hər şey məndən asılı deyil. Hər futbolçu mövsüm üçün hədəflərini qoyur, çalışır. Azı bir kubok qazanmaq istəyirdim. Düşünürəm ki, bu il "Qızıl top"u qazanmaq şansım da var, ancaq necə olacağını görəcəyik".
Salah bu mövsüm 50 oyunda 33 qol vurub, 23 məhsuldar ötürmə edib. O, "Liverpul"la Premyer Liqa çempionu olub.