"Liverpul" Premyer Liqanın XVII turunda "Tottenhem"i darmadağın edib – 6:3. Sport24.az xəbər verir ki, "qırmızılar"ın hücumçusu Məhəmməd Salah görüşdə iki qolla yadda qalıb.
Misirli futbolçu ümumilikdı "Liverpul"da 229 qol vurub.
O, klub tarixinin bombardirləri sırasında 4-cü yerə yüksəlib. "Liverpul"un "qol kralı" isə Yan Raşdır (346 qol).