Renat Dadaşov və Həsən Nəzərlinin çıxış etdiyi "Ankaragücü" Türkiyə kubokunda mərhələ adlayıb. Sport24.az xəbər verir ki, paytaxt təmsilçilçisi turnirin 5-ci mərhələsində "Menemenspor"la qarşılaşıb.
Məhsuldar keçən qarşılaşma Ankara klubunun 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu görüşdə Renat son dəqiqələrdə meydana çıxsa da, Həsən oyunu ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Ankaragücü"nün 1/8 finaldakı rəqibi püşkatmadan sonra bəlli olacaq.