"Real"ın braziliyalı hücumçusu Hendrik icarə əsasında "Lion"un formasını geyinəcək. Sport24.az "AS"a istinadən xəbər verir ki, artıq bu barədə iki klub arasında razılıq əldə olunub.

 

Mənbənin sözlərinə görə, icarə bütün tərəflər üçün faydalıdır. Hendrik Avropada çıxış edən bir komandada oynamaq imkanı qazanacaq. Bununla o, Karlo Ançelottinin diqqətini cəlb edərək Braziliya millisində yer almağa çalışacaq. 

 

Qeyd edək ki, "Real" Hendirikin transferinə 60 milyon avrodan çox pul xərcləyib. Klub hələ də onun potensialına inanır.