"Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister karyerasını İspaniyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Fichajes" portalı məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 26 yaşlı argentinalı ilə "Real" maraqlanır. Madrid klubu Makkallisteri Luka Modriçə əvəzləyici kimi görür.

 

Qeyd edək ki, argentinalı cari mövsümdə 49 oyun keçirib, 7 qol vurub və 6 məhsuldar ötürmə edib.