"Real"ın və Belçika millsinin qapçısı Fransanın "Le Man" klubunun səhmdarı olub. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Fransa klubunun açıqlamasında qeyd olunub ki, Kurtuanın təcrübəsi həm meydançada, həm də klubun idarəçiliyində komandaya dəstək olacaq. Klub prezidenti Tyeri Qomes və "OutField" qrupu layihənin böyüməsi üçün zəruri resursları təmin edəcək.

Qeyd edək ki, Tibo Kurtuadan başqa tennisçi Novak Cokoviç, F-1 pilotları Felipe Massa və Kevin Maqnusen də klubun səhmdarları olub.