"Fənərbaxça"nın heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, "sarı-lacivərdlilər" "Nottingem Forest"ə qarşı cavab oyununda 2 futbolçusunun xidmətindən yararlana bilməyəcək.  

 

Buna səbəb tərəflər arasında baş tutan ilk oyunun 69-cu və əsas vaxta əlavə edilmiş 1-ci dəqiqəsində Ceydon Ostervolde və Fredin sarı kart alması olub. Cəzalı vəziyyətə düşən hər iki oyunçu cavab matçında forma geyinə bilməyəcək. 

 

Qeyd edək ki, UEFA Avropa Liqasının pley-off mərhələsində İngiltərə təmsilçisi "Nottingem Forest"i qəbul edən İstanbul klubu 0:3 hesabı ilə məğlub olub. Komandalar arasında cavab oyunu fevralın 27-də səfərdə keçiriləcək.