"Real"ın yarımmüdafiəçisi Orelyen Tşuameni Fransa millisinin oktyabrda keçiriləcək 2026-cı il dünya çempionatının seçmə oyunlarında iştirak etməyəcək. Sport24.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb.

 

İslandiya ilə oyunun (2:1) 68-ci dəqiqəsində qırmızı vərəqə alan 25 yaşlı fransalı futbolçu 2 oyunluq cəzalanıb. Bu səbəbdən o, Azərbaycan (10 oktyabr) və İslandiya (13 oktyabr) ilə matçları buraxacaq.

 

Qeyd edək ki, Usman Dembele və Rayan Çerkinin zədə səbəbindən oktyabrdakı qarşılaşmalarda meydana çıxa bilməyəcəkləri daha əvvəl açıqlanmışdı.