16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Qəbələdə keçiriləcək III MDB Oyunlarına hazırlıqları davam etdirir. Sport24.az bildirir ki, A qrupunda yer alan U-16 millimiz baş məşqçi Aqil Nəbiyevin rəhbərliyi altında sentyabrın 27-də Tacikistan, oktyabrın 1-də isə Qırğızıstan yığması ilə qarşılaşacaq.
Qrupda birinci yeri tutacaq komanda oktyabrın 4-də final oyununa çıxacaq.
AFFA milli komandamızın məşqindən görüntüləri təqdim edib.