"Barselona"nın yarımmüdafiəçisi Qavi sağ dizindəki meniskindən əməliyyat olunub. Yarımmüdafiəçi təxminən 5 ay yaşıl meydanlardan uzaq qalacaq. Sport24.az xəbər verir ki, bu barədə Kataloniya klubunun mətbuat xidməti məlumat yayıb.

 

21 yaşlı ispaniyalı daha əvvəl, 2023-cü ildə sağ dizində çarpaz bağların qopması səbəbindən əməliyyat olunmuşdu.

 

Qeyd edək ki, Qavi 2025/26 mövsümündə iki matçda meydana çıxıb və bir məhsuldar ötürmə edib.