"Real"ın nümayəndələri FİFA-ya klublararası dünya çempionatının iki ildən bir keçirilməsini təklif ediblər. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

 

"Real" iki ildən bir keçirilən turnirə pul qazanmağın bir yolu kimi baxır. FİFA hələ də klublararası dünya çempionatını dörd ildən bir keçirmək niyyətindədir.

 

Qeyd edək ki, bu il təşkil olunanl klublararası dünya çempionatında "Real" yarımfinalda PSJ-yə məğlub olub.