Usman Dembele ötən mövsümün ən yaxşı futbolçusu seçilib. Sport24.az xəbər verir ki, 28 yaşlı PSJ və Fransa millisinin vingeri 2025-ci ilin "Qızıl top" mükafatını qazanıb.

 

2024/25 mövsümündə Dembele PSJ ilə Fransa çempionatını, ölkə kubokunu, Superkuboku və Çempionlar Liqasını qazanıb. O, klubun heyətində 53 oyunda 35 qol vurub və 14 qol ötürməsi edib.

 

Qeyd edək ki, 2022-ci ildən etibarən "Qızıl top" təqvim ili üzrə deyil, mövsümün yekunlarına əsasən təqdim olunur (1 avqust 2024-dən 31 iyul 2025-dək).