Əfsanəvi almaniyalı yarımmüdafiəçi Lotar Matteus "Bavariya"nın 32 yaşlı ingilis hücumçusü Harri Keyn haqda danışıb. Sport24.az bildirir ki, Keynin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt portalının məlumatına görə, onun bazar dəyəri 75 milyon avrodur.

 

"O, heç vaxt bundan daha yaxşı olmayıb və burada daha da böyük təsir bağışladı. Şirerin (Alan - red.) Premyer Liqa rekordunun onun üçün motivasiya olduğunu düşünmürəm. O, Premyer Liqadakı işini görüb və karyerasını "Bavariya"da bitirməlidir. Bundan sonra bir qədər pul qazanmaq istəsə, Səudiyyə Ərəbistanına keçə bilər. Amma düşünürəm ki, Keyni hələ bir neçə yaxşı il gözləyir", - Matteus deyib.