Azərbaycan yığmasının futbolçusu Cəlal Hüseynov Bolqarıstan çempionatında növbəti oyununu keçirib. Sport24.az xəbər verir ki, onun çıxış etdiyi "Arda" öz meydançasında "Çerno More" ilə qarşılaşıb.

 

Kırcalıda keçirilən qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Cəlal komandanın əsas heyətində yer alıb və görüşü əvəz olunmadan keçirib.

 

Qeyd edək ki, "Arda" mövsümdə ikinci dəfə uduzub və 9 oyundan sonra 9 xalla 11-ci pillədə qərarlaşıb.

 

Cəlal komandanın heyətində 7 oyun keçirib.