"Mançester Yunayted" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

Müdafiəçi Lük Şou uzun müddətə sıradan çıxıb. Bu, 28 yaşlı futbolçunun müayinələrindən sonra bəlli olub. Premyer Liqanın XXV turunun "Luton"la matçında (2:1) xəsarət alan futbolçu bir neçə ay kənarda qalacaq.

 

Qeyd edək ki, Şou mövsümdə 2-ci dəfə zədələnib. II turda xəsarət alan müdafiəçi üç aya yaxın meydanlardan kənar qalıb.