İngiltərə millisinin keçmiş baş məşqçisi Qaret Sautqeyt Polşa millisini çalışdıra bilər. Sport24.az xəbər verir ki, bu barədə "Przegląd Sportowy" məlumat yayıb.

 

Polşa Futbol Assosiasiyası 54 yaşlı ingilis mütəxəssisin namizədliyini gözdən keçirir. Sautqeyt özü də Polşa millisini çalışdırmaqda maraqlıdır.  

 

Qeyd edək ki, ingilis mütəxəssis 2016-cı ilin sentyabrından 2024-cü ilin iyuluna qədər İngiltərə millisinin "sükanı arxasında" olub. O, hazırda işsizdir.