PSJ və "Mançester Siti" "Nyukasl"ın futbolçusu Antoni Qordonu heyətinə qatmağı planlaşdırır. Sport24.az xəbər verir ki, hər iki klub 25 yaşlı vinger üçün danışıqlara start verib.

 

Onun "Nyukasl"la müqavilə müddəti 2030-cu il iyulun 1-nə qədərdir. Qordonun hazırkı komandasını tərk edib-etməyəcəyi hələ ki bəlli deyil.

 

İngiltərə millisinin də üzvü olan futbolçu "Liverpul"un yetirməsidir. O, "Everton" və "Preston"da oynadıqdan sonra 2023-cü ildə "Nyukasl"a keçib.

 

Qeyd edək ki, Qordon bu mövsüm Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ"la Bakıda keçirilən görüşündə(1:6) poker etmişdi.