"İnter Mayami" "Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silvanı transfer etməyi düşünür. Sport24.az xəbər verir ki, bu barədə "Gazzetta dello Sport" qəzeti məlumat yayıb. 

 

Mənbənin sözlərinə görə, MLS çempionu "Yuventus", "Benfika" və bir neçə digər komanda ilə birlikdə 31 yaşlı portuqaliyalı oyunçunu azad agent kimi transfer etməkdə maraqlıdır. Silvanın "şəhərlilər"lə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

 

ABŞ klubu futbolçuya təxminən "Mançester Siti"də aldığı qədər məvacib təklif etməyi düşünür. 

 

Qeyd edək ki, Silva 2017-ci ilin iyulundan İngiltərə təmsilçisinin formasını geyinir. Yarımmüdafiəçi cari mövsümündə 39 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.