Dortmund "Borussiya"sı yarımmüdafiəçisi Feliks Nmeçanın müqavilə müddətini uzadıb. Sport24.az xəbər verir ki, bu barədə kıubun mətbuat xidməti məlumat yayıb.

Almaniya millisinin üzvü ilə 2030-cu ilin yayına kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Borussiya" Feliks Nmeçanı 2023-cü ilin yayında "Volfsburq"dan 30 miıyon avroya transfer edib. 25 yaşlı yarımmüdafiəçi bu mövsüm Dortmund təmsilçisinin heyətində meydana çıxdığı 38 rəsmi matçda 5 qol vurub və 3 məhsuldar ötürmə illə yadda qalıb.