İngiltərənin "Liverpul" klubunun heyətində ciddi itki baş verib. Sport24.az xəbər verir ki, Mersisayd təmsilçisinin müdafiəçisi Ceremi Frimponq sıradan çıxıb.

 

Niderlandlı futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin 3-cü turunun "Ayntraxt"la səfərdə matçında (5:1) ayaq əzələsindən zədə alıb. Komandanın baş məşqçisi Arne Slot 24 yaşlı sol cinah müdafiəçisinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağını bildirib.

 

"Liverpul" Ceremi Frimponqu mövsümün əvvəlində "Bayer"dən 40 milyon avroya transfer edib. Niderland millisinin üzvü "qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol vurub.

 

Qeyd edək ki, "Liverpul" "Qarabağ"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki rəqiblərindən biridir. Komandalar arasındakı oyun gələn ilin 29 yanvar tarixində "Enfild Road"da baş tutacaq.