Azərbaycanın qadın həndbolçulardan ibarət millisi VI İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, yığma bu məqsədlə Mingəçevirə yollanaraq "Kür" Olimpiya İdman Mərkəzində təlim-məşq toplanışına start verib.

 

15 həndbolçunun iştirak etdiyi məşqlər baş məşqçi Aleksandr Revva və köməkçisi Yelena Namaliyevanın rəhbərliyi ilə həyata keçirilir.

 

Hazırlıq mərhələsi oktyabrın 30-dək davam edəcək.