Futbol üzrə Niderland çempionat çempionatında 10-cu turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqibi olan "Ayaks" bu gün səfərdə "Tvente"nin qonağı olub.

 

Qarşılaşma Amsterdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Xallarını 19-a yüksəldən "Ayaks" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Qarabağ"ın "Ayaks"la oyunu dekabrın 10-da Bakıda baş tutacaq.