Futbol üzrə Qazaxıstan Premyer Liqasında 2025-ci il mövsümünə yekun vurulub. Sport24.az xəbər verir ki, son turda çempion bəlli olub.

 

"Kayrat" doğma meydanda ən yaxın izləyicisi "Astana"nı qəbul edib. Qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb. Xallarını Rafael Urazbaxtinin yetirmələri çempionluğu rəsmiləşdirib.

 

"Astana" 57 xalla 2-ci, "Tobol" isə 54 xalla 3-cü olub.

 

Qeyd edək ki, "Kayrat" ardıcıl ikinci, ümumilikdə isə 5-ci dəfə Qazaxıstan çempionu olub.