"Mançester Siti"nin hücumçusu Erlinq Haaland İngiltərə futbolunun əfsanəsi Alan Şirerə məxsus unikal göstəricini təkrarlayıb. Sport24.az xəbər verir ki, norveçli forvard Britaniyada qış vaxtına keçiddən əvvəl mövsüm ərzində 15 və ya daha çox qol vuran yalnız ikinci futbolçu olub.

 

Cari mövsümdə Haaland artıq 11 oyunda 15 dəfə fərqlənib. Bunlardan 11-i Premyer Liqanın 8 matçına, 4-ü isə Çempionlar Liqasının 3 görüşünə təsadüf edir.

 

Qeyd edək ki, 2022/23 mövsümündə o, saatların geri çəkilməsindən əvvəl 22 qol vurub. Alan Şirer isə bu uğura 1992/93 və 1995/96 mövsümlərində imza ataraq hər iki dəfə oktyabrın sonunadək 15 qol səviyyəsinə çatmışdı.