Kiyev "Dinamo"sunun hücumçusu Matvey Ponomarenkonun karyerasını Türkiyədə davam etdirməyə yaxındır. Sport24.az Ukraynanın "sportarena.ua." portalına istinadən xəbər verir ki, hücumçu "Qalatasaray"ın bu yay üçün əsas transfer hədəfidir.
Bir müddət əvvəl mətbuatda 20 yaşlı futbolçunun Dortmund "Borussiya"sının, "Milan", "RB Leypsiq", "Brentford" və "Trabzonspor"un maraq dairəsində olduğu barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Ponomarenko 2025/26 mövsümünün ilk yarısında o qədər də çox oyun şansı qazanmasa da, qışdan sonra "Dinamo"nun əsas qol silahı olub. 20 yaşlı forvard başa çatan "futbol ili"ndə meydana çıxdığı 15 matçda 13 qol vurub. Bu da ona Ukrayna çempionatının bombardiri olmağa imkan verib.