"Qalatasaray"ın futbolçusu Yunus Akgün karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Atalanta" türkiyəli vingeri transfer etmək istəyir.
Bu barədə "Foot Italia" məlumat yayıb.
A Seriyası təmsilçisi yanvar ayında 25 yaşlı ön xətt oyunçusunu heyətinə qatmaq üçün İstanbul nəhəngi ilə danışıqlar aparacaq.
Qeyd edək ki, Yunus Akgün "Qalatasaray"ın yetirməsidir. Türkiyə millisinin üzvü bu mövsüm "sarı-qırmızılar"ın heyətində meydana çıxdığı 9 rəsmi matçda 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.