"Barselona" mövsümün sonunda  müqaviləsi başa çatan Robert Levandovskiyə əvəzləyici axtarır. Sport24.az xəbər verir ki, İspaniya çempionunun gündəmində olan hücumçulardan biri Mikel Oyarzabaldır.

 

Bu barədə "Fichajes" nəşri məlumat yayıb.

 

Klubun daxilində ispaniyalı forvardın transferi müzakirə edilir. La Liqa nəhəngi gələn 28 yaşlı forvard üçün onun klubu ilə danışıqlara başlamağı planlaşdırır.

 

Qeyd edək ki, Mikel Oyarzabal 2011-ci ildə "Real Sosyedad"ın akademiyasına qoşulub. İspaniya millisinin üzvü peşəkar karyerası ərzində yalnız bu klubda çıxış edib. Təcrübəli futbolçu bu mövsüm komandanın heyətində meydana çıxdığı 8 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.