"Əl-Hilal"ın futbolçusu Malkom Səudiyyə Ərəbistanını tərk etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, braziliyalı vinger "Qalatasaray"ın maraq dairəsindədir.
Türkiyə çempionu Malkomun transferini bu yay həll etmək niyyətindədir.
28 yaşlı futbolçun 2023-cü il iyunun 30-da "Əl-Hilal"a keçib və onun müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.
Malkom "Əl-Hilal"ın heyətində 98 matçda oynayıb və 37 qol vurub, 31 asist edib.