"Qalatasaray" müqaviləsi gələn il başa çatan qapıçı Günay Güvençlə bağlı qərar verib. Sport24.az xəbər verir ki, İstanbul təmsilçisi türk qolkiperi komandada saxlamaq istəyir. Bu barədə "Sabah nəşri məlumat yayıb.

 

"Sarı-qırmızılar" Günayın sözləşməsini daha 1 illik uzadacaq. Artıq təcrbəli "əlcə sahibi" ilə razılıq əldə olunub.

 

Qeyd edək ki, "Qalatasaray" Günay Güvençi 2023-cü ilin avqust ayında "Qaziantep"dən transfer edib. Qapıçı bu mövsüm "cim bom"un heyətində 13 rəsmi matçda meydana çıxıb.