"Qalatasaray" ciddi itki ilə üzləşib. Sport24.az xəbər verir ki, "sarı-qırmızılar"ın yarımmüdafiəçisi Barış Alper Yılmaz zədələnib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyə Super Liqasının XV turunda "Sivasspor"la səfər oyununda zədə alan Barışın son durumu MRT müayinəsindən sonra məlum olacaq. Futbolçunun azı bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
"Qalatasaray" "Sivasspor"u 3:2 hesabıyla məğlub edib.