Fransanın PSJ klubu üç futbolçusu və baş məşqçisi Luis Enrike ilə müqaviləni uzadıb. Sport24.az xəbər verir ki, bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

54 yaşlı mütəxəssisin sözləşməsi 2027-ci ilin yayına kimi artırılıb.

 

Klub eyni zamanda müdafiəçi Əşrəf Hakimi, Nunu Mendeş və yarımmüdafiəçi Vitinyanın müqaviləsini 4,5 il müddətinə uzadıb.

 

PSJ Liqa 1-də 21 turdan sonra 53 xalla liderdir.