İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, "Mançester Yunayted"i çalışdıran Ruben Amorim həmkarlarını qabaqlayıb.

 

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

 

2024-cü ilin noyaby ayından "Mançester Yunayted"ə rəhbərlik edən portuqaliyalı mütəxəssis ilk dəfə ayın məşqçisi seçilib.

 

Qeyd edək ki, "Mançester Yunayted" ötən ay ölkə çempionatında keçirdiyi 3 oyunun hər birində qalib gəlib. "Qırmızı şeytanlar" "Sanderlend", "Liverpul" və "Brayton"u məğlub edib.