"Mançester Siti"nin hücumçusu Erlinq Holand Premyer Liqa tarixində ən sürətli şəkildə 100 qola çatan futbolçu ola bilər. Sport24.az xəbər verir ki, norveçli hücumçunun bu rekordu qırması üçün növbəti 17 oyunda cəmi 4 qol vurması kifayətdir.

 

Hazırda rekord Alan Şirerə məxsusdur. Lakin Haalandın vurduğu qolların tempi mövsümlər üzrə orta göstəriciləri aşır və rekordun qısa müddətdə yenilənməsi ehtimalı yüksək qiymətləndirilir.