"Barselona"nın keçmiş baş məşqçisi Xerardo Martino MLS-də işləyəcək. Sport24.az xəbər verir ki, 62 yaşlı mütəxəssis "Atlanta Yunayted"lə anlaşıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

O, 2027-ci ilin sonuna qədər ABŞ komandasına rəhbərlik edəcək.

 

Xerardo 2013/14 mövsümündə "Barselona"nı çalışdırıb.