"Aston Villa"nın müdafiəçisi Ezri Konsa karyerasını İtaliya A Seriyasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "İnter" ingiltərəli futbolçunu transfer etmək istəyir.
Bu barədə İtaliya mətbuatı məlumat yayıb.
A Seriyası nəhəngi Konsanı qışda heyətinə qatmağı planlaşdırır. "İnter"in 28 yaşlı mərkəz müdafiəçisinin keçidini 35 milyon avroya yekunlaşdıracağı bildirilir.
Qeyd edək ki, "Aston Villa" Ezri Konsanı 2019-cu ilin yayında "Brentford"dan transfer edib. İngiltərə millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində 13 rəsmi matçda meydana çıxıb.